Xidmətin qaydaları
Frilans istifadə qaydaları (bundan sonra Qaydalar») Frilans MMC (bundan sonra «Şirkət») və Frilans-ya keçid edən İnternet şəbəkəsi istifadəçiləri (bundan sonra «İstifadəçilər», «Siz») arasındakı əlaqəni tənzimləyir.
Siz, Frilans-dan bu qaydaların müddəalarına və istifadəçi məlumatlarının emalı və təhlükəsizliyi Siyasətinə uyğun olaraq istifadə edə bilərsiniz. Onlarla razı deyilsinizsə, Frilans-dan istifadəni dayandırmalısınız.
-
Frilans nədir
Frilans — ünvanında yerləşən (bütün domen təbəqələri daxil olmaqla), tam və mobil versiyaları ilə əlçatan, şirkətin intellektual mülkiyyəti və məlumatlarını (inzibati və istifadəçi məzmunlu) əhatə edən İnternet saytıdır. (bundan sonra - " Frilans ").
Frilans -istifadəçilərin xidmətlərdən istifadəsini və yerləşdirməsini təmin edən tapşırıq və təkliflərin elektron kataloqudur.
Şirkət qeydiyyatdan keçmiş istifadəçilərə xidmət almaq istəkləri barəsində elan yerləşdirməyə (bundan sonra " tapşırıq " adlanır) və dərc edilən tapşırıqlara cavab verərək müvafiq kateqoriyalar üzrə xidmətləri təmin etməyə (bundan sonra "cavablar") texniki imkanları yaradır.
Şirkət (avtorizasiyadan asılı olmayaraq) bütün istifadəçiləri Qaydalara əsasən, Frilans-da tapşırıqları axtarmaq və nəzərdən keçirmək üçün texniki imkanla təmin edir.
Tapşırıqlara cavabları yalnız cavabı göndərən və tapşırığı yerləşdirən istifadəçilər görə bilər.
Şirkət - iştirakçı, xidmət təşkilatçısı, alıcı, satıcı, işəgötürən, vasitəçi, agent, istifadəçi təmsilçisi və istifadəçilərin qarşılıqlı anlaşmalarında maraq və mənfəət güdən - DEYİLDİR. İstifadəçilər, Frilans -da yerləşdirilən məlumatları, öz riski ilə və Şirkətin birbaşa və ya dolayı iştirakı və ya nəzarəti olmadan əməliyyatlar aparmaq üçün istifadə edirlər.
-
Frilans-da qeydiyyat
Siz, yalnız ilk dəfə Frilans interfeysində e-mail ünvanınınzı, username və şifrənizi göstərərək Frilans-da qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan sonra Frilans-da sizin unikal profilinizi yaradırıq. Müəyyən bir e-mail ünvanına bağlı olan yalnız bir Frilans profili ola bilər.
Frilans-da bəzi hərəkətləri həyata keçirmək üçün şirkətə e-mail ünvanınızı təqdim etməlisiniz.
Frilans-da qeydiyyatdan keçərək bu Qaydaların yerinə yetirilməsi üçün lazım olan bütün hüquqlara və səlahiyyətlərə malik olduğunuza zəmanət verirsiniz.
-
Frilans-da avtorizasiya
Profilinizdə göstərilən username və ya e-poçt ünvanınızı və öncədən yaradılmış parolunuzu (bundan sonra " giriş məlumatları") göstərərək, Frilans profilinizə daxil (avtorizasiya) ola bilərsiniz.
Frilans-a giriş məlumatlarınızın məxfiliyini və təhlükəsizliyini təmin etməlisiniz. Kiminsə onları icazəsiz əldə etdiyinə şübhə etməyə əsasınız yaranarsa, dərhal bizə bildirin. Əks halda, sizin məlumatların köməyi ilə Frilans-a giriş etmiş şəxsin Frilans-a törətdiyi bütün hərəkətlər sizin öz tərəfinizdən edilmiş kimi qəbul olunacaq.
-
İstifadəçilər haqqında məlumat
Şirkətə özünüz haqda verdiyiniz məlumat doğru, aktual olmalıdır, qanunvericiliyi və üçüncü şəxslərin hüquqlarını pozmamalıdır. Zəruri hallarda siz həmin məlumatı Frilans profilinizdə yeniləməlisiniz.
Biz istənilən vaxt, istənilən istifadəçidən identifikasiyanın, o cümlədən təqdim olunan məlumatların etibarlılığının və ya səlahiyyətlərin təsdiqi üçün sənəd və ya məlumatlar tələb edə bilərik. Əgər istifadəçi onları təmin edə bilməsə, biz onun Frilans-y daxil olmasını məhdudlaşdıra bilərik.
Biz, istifadəçilərin Frilans-da yerləşdirdiyi bütün məlumatların doğru olduğuna və hər bir istifadəçinin həqiqətən də təmsil etdiyi şəxs olduğuna zəmanət verə bilmərik. Digər istifadəçilərlə qarşılıqlı əlaqə haqqında qərar qəbul edərkən diqqətli olun.
Biz , Azərbaycan Respublikasının qanunvericiliyində tələb olunan hallar istisna olmaqla (məsələn, bəzi dövlət orqanlarının tələbi ilə), istifadəçilər və onların açıq istifadə üçün nəzərdə tutulmayan məzmunu haqda məlumatları üçüncü tərəflərə təqdim etmirik. Bununla yanaşı, biz, sizin əlaqə məlumatlarınız və ictimaiyyətə açıq yerləşdirdiyiniz digər məlumatlarla bağlı üçüncü tərəfin qanunsuz hərəkətlərinə görə məsuliyyət daşımırıq.
-
İstifadəçi məlumatları
Siz, Frilans-da tapşırıqlarda yerləşdirdiyiniz məlumatların (şərhlər, şəkillər, mətn təsviri, üçüncü şəxslər haqqında məlumatlar, istifadəçinin əlaqə məlumatları və digər elementlər daxil olmaqla), tapşırıqlara, şərhlərə, ictimai profilə və rəylərə verilən cavabların (bundan sonra «istifadəçi məlumatı»») sahibisiniz və göstərilən məlumatların yerləşdirilməsinin qanuniliyinə cavabdehsiniz.
Şirkət, istifadəçi tərəfindən yaradılmış məlumatın yayımçısı kimi fəaliyyət göstərmir. Siz, Şirkətin heç bir iştirakı olmadan Frilans-da istifadəçi məzmununu yaradırsınız, redaktə edirsiniz, yerləşdirirsiniz və onu ictimaiyyətə açıq edirsiniz. Siz məlumatın Azərbaycan Respublikasının qanunvericiliyinə, Qaydalara və Şirkət tərəfindən Frilans-da yerləşdirilmiş digər tələblərə tam uyğunluğunu təmin etməlisiniz.
Frilans-da istifadəçi məlumatı yerləşdirərək siz, onu digər İnternet istifadəçiləri üçün əlçatan edirsiniz.
Frilans istifadəçi məlumatı senzurası hüququnu özündə saxlayır. Senzuranın əsas məqsədi məlumatın qanunvericiliyə, Qaydalara, Şirkətin Frilans-da yerləşdirdiyi digər tələblərə uyğun olmasını təmin etmək, həmçinin, digər istifadəçiləri təhqir edə biləcək və ya istifadəçi məlumatın yerləşdirilməsinin Qaydalarda müəyyən edilmiş məqbul məqsədlərinə cavab verməyən istifadəçi məlumatını istisna etməkdir. Biz, həmçinin, hüquqların qorunması və səlahiyyətli orqanların müəyyən edilmiş qaydada müraciəti əsasında qanunun tələblərinə uyğunluğunu təmin etmək üçün tədbirlər görürük.
Yuxarıda göstərilən səbəblərdən dolayı məlumat yolverilməz hesab edildikdə, biz, istifadəçinin Frilans-ya girişini qismən və ya tamamilə məhdudlaşdırmaq hüququnu özümüzdə saxlayırıq.
İstifadəçilərin istifadəçi məlumatı yerləşdirməkdə məqsədi Frilans-da təqdim edilən xidmətlər kateqoriyasına aid olan xidmətlərin alınması və təmin olunmasıdır. Qaydalarda nəzərdə tutulmayan məqsədlər üçün əlaqə məlumatları (o cümlədən avtomatik məlumat emalı vasitələri) da daxil olmaqla, istifadəçi məlumatı toplamaq, əldə etmək, qeyd etmək, sistemləşdirmək, istifadə etmək, ötürmək, yaymaq, surətini çıxarmaq, çoxaltmaq və onlara aid istənilən digər hərəkətlər yolverilməzdir. Frilans istifadəçilərinin əlaqə məlumatlarının Qaydalarda nəzərdə tutulmayan, o cümlədən hər hansı kommersiya, marketinq təklifləri və Frilans-ya yerləşdirilmə məqsədlərinə uyğun olmayan digər təkliflərin təqdim edilməsi üçün istifadəsinə icazə verilmir.
-
İstifadəçilər arasında mesajlar mübadiləsi
Səlahiyyətli istifadəçilər Frilans interfeysində göndərilən mesajları başqa bir istifadəçi ilə qarşılıqlı əlaqə yaratmağı qərara aldıqdan sonra, xidmətlərin göstərilməsi və təqdim edilməsini müzakirə etmək üçün istifadə edə bilərlər. Yazışmaları başqa məqsədlər üçün istifadə etməməlisiniz.
İstifadəçilərin mesajlarda yazışmaları şəxsi sayılmır. Bizim, Qaydalar çərçivəsində hüquq və öhdəliklərin həyata keçirilməsini təmin etmək üçün İstifadəçilərin yazışmalarını seçici şəkildə nəzərdən keçirmək hüququmuz var.
-
İstifadəçilərlə Şirkət arasında ünsiyyət
Biz sizə aşağıdakıları göndərə bilərik:
- abunəliyi ləğv olunmayan sistem bildirişləri (məsələn, Frilans-da qeydiyyatı təsdiq etmək üçün ayrı-ayrı Frilans xidmətləri ilə bağlı hərəkətlər və ya Frilans-a girişin məhdudlaşdırılması haqqında bildirişlər);
- Frilans-da hərəkətlərinizlə bağlı servis bildirişləri (məsələn, maraqlandığınız tapşırıqların fərdi toplusu);
- reklam və marketinq xarakterli xəbərlər və təkliflər (o cümlədən, Şirkətin və tərəfdaşlarımızın aksiyaları və xəbərləri, tədqiqatlarda iştirak etmək üçün dəvətnamələr, Frilans-dan məsləhətlər).
Biz sizə profilinizdəki daxili çat, e-mail ünvanı və ya telefon nömrəsinə “push” (təkan) bildirişlər şəklində mesajlar göndərə bilərik. Bəzi hallarda sizə zəng edərək əlaqə saxlaya bilərik.
Siz xəbərlər və marketinq təkliflərinin alınmasını, eləcə də profil parametrlərinizdəki bəzi xidməti bildirişləri özünüz idarə edə bilərsiniz. İstifadə edilən cihazdan asılı olaraq parametrlərin funksionallığı dəyişə bilər.
-
Profilin silinməsi
Frilans-dakı profilinizi dəstək xidməti ilə əlaqə saxlayaraq istədiyiniz zaman silə bilərsiniz.
Üç il ərzində profildən heç istifadə etmədiyiniz təqdirdə, Frilans-daki profilinizi öz təşəbbüsümüzlə silə bilərik.
-
Əqli mülkiyyət hüquqları
Frilans.az şəbəkə ünvanından (domen adından), bütövlükdə Frilans və onun əqli mülkiyyət obyektləri (o cümlədən, kompüter proqramları, məlumat bazaları, qrafik interfeys tərtibatı (dizaynı) və fərdi elementlər), marka adı, Frilans-da istifadə olunan ticarət nişanları / loqoları və digər fərqləndirici nişanlardan istifadə hüququ Frilans-a məxsusdur (müəllif hüquqları sahibi)
İstifadəçi məzmununun tərkibinə daxil olan əqli fəaliyyət nəticələri üzərində müstəsna hüquq müvafiq istifadəçilərə və müəllif hüququ sahiblərinə məxsusdur. Siz, İstifadəçi məəlumatlarınızın üçüncü tərəflərin müstəsna hüquqlarını pozmadığına zəmanət verirsiniz. Müvafiq əqli fəaliyyət nəticələrini Frilans-da yerləşdirmək və ya Şirkətə həmin nəticələrdən Qaydalarda göstərilən üsullarla istifadə hüququ vermək səlahiyyətinə malik olmadıqda, bu məlumatı Frilans-da yerləşdirməməlisiniz.
Frilans-da istifadəçi məlumatı yerləşdirməklə siz, bu məlumatın və onun tərkibinə daxil olan əqli mülkiyyət obyektlərindən aşağıdakı şərtlər daxilində istifadə etmək üçün Şirkətə qeyri-müstəsna hüquq (sadə qeyri-müstəsna lisenziya) verirsiniz: müddətsiz, heç bir mükafat təqdim etmədən, istifadəçilərdən dünyanın bütün ölkələrində hərəkət etmək üçün bu obyektlərin istifadəsinə əlavə icazə tələb etmədən; istənilən informasiya daşıyıcısında istənilən şəkildə istifadə etmək üçün – həm müəllifin adını göstərmək, həm də göstərməməklə; üçüncü şəxslərə hüquqların ötürülməsi hüququ ilə; Şirkətin qanuni hüquq və maraqlarının həyata keçirilməsini, Qaydaların yerinə yetirilməsini, həmçinin Şirkətin marketinq məqsədləri və materialları, marketinq layihələri və xidmətlərində istifadəsini, o cümlədən, üçüncü şəxslərə istifadə hüququ verməklə digər İnternet resurslara yerləşdirməsini təmin etmək üçün. Şirkət, istifadəçi məzmununun arxiv surətlərini saxlamaq və onları ehtiva edən marketinq materiallarını dövriyyədən çıxarmamaq hüququna malikdir.
Frilans-da istifadəçi məlumatını yerləşdirməklə siz, həmçinin üçüncü tərəflərə bu məzmundan və ona daxil olan əqli mülkiyyətdən məhdud lisenziya əsasında istifadə hüququ verirsiniz. Bunun məqsədi, tapşırıqlarla və ya təklif edilən xidmətlərlə, o cümlədən istifadəçinin açıq profilində təqdim olunan məlumatlarla tanış olmaq və xidmət almaq və / və ya xidmət göstərmək üçün əlaqə yaratmaqdır.
Şirkətin razılığı olmadan, istifadəçi məlumatından (təsvirlər, şəkillər, tapşırıqların təsviri, təkliflər, istifadəçinin əlaqə məlumatları və digər elementlər daxil olmaqla) istifadə etmək (o cümlədən, məlumat bazasından çıxarmaq, toplamaq, yazmaq, sistemləşdirmək, ötürmək, yaymaq, surətini çıxarmaq, çoxaltmaq) qadağandır. Eyni qadağa həm də Şirkətin müstəsna hüquqlarının hər hansı vasitələrlə və Qaydalarda nəzərdə tutulmayan məqsədlər (məsələn, məlumat bazasını yaratmaq və ya mövcud məlumat bazasına daxil etmək, məlumatı üçüncü şəxslərin sistemlərində yerləşdirmək, istifadəçilərə lazımsız zənglər etmək) üçün, onların həcmindən və konkret istifadəçi ilə razılaşdırılmasından asılı olmayaraq, istifadəsinə şamil olunur. Şirkətin müstəsna hüququna daxil olan obyektlər, istifadəçi məzmununun elementləri, Frilans istifadəçiləri haqqında məlumatlar Şirkətin əvvəlcədən verilmiş icazəsi olmadan, bu Qaydalarda nəzərdə tutulmayan hər hansı bir şəkildə istifadə edilə bilməz.
-
İstifadəçilərin digər məsuliyyətləri
- bütün qanuni tələblərə ciddi riayət etmək;
- Qaydalara, o cümlədən Frilans istifadəsi ilə bağlı digər qaydalara və Şirkətin Frilans-dan istifadə ilə göstərişlərinə əməl etmək;
- Frilans-ın təqdim etdiyi funksiyaları və ya Frilans-da yerləşdirilən məlumatları Qaydalarda nəzərdə tutulmayan məqsədlər üçün istifadə etməmək;
- Spam göndərişlər üçün Frilans-dan və ya Frilans-da əldə edilən əlaqə məlumatlarından istifadə etməmək;
- edilən zənglərin qiymətinin zəng edənin operatoru tərəfindən təyin edilən standart tarifdən çox olduğu telefon nömrələrini Frilans-da göstərməmək;
- Frilans haqqında məlumat toplamaq və ya saytla digər qarşılıqlı əlaqələr üçün Şirkətin icazəsi olmadan avtomatlaşdırılmış skriptlərdən (proqramlar, botlar, kraulerlər) istifadə etməmək;
- təhdid, zorakılığın təbliği, nifrət, hörmətsizlik ehtiva edən və ya qanunsuz hərəkətlərə gətirib çıxara biləcək senzuradan kənar leksikon, erotik, vulqar və təhqiredici şəkillər və mətnlər, məlumatlar və sözləri, həmçinin əxlaq normalarına və iş praktikasına zidd bəyanatları heç bir halda yerləşdirməmək, göndərməmək və istifadə etməmək;
- Frilans-a giriş, baxış və ya istifadəçi məlumatını yerləşdirmək üçün adi istifadə qaydalarından yan keçən proqram vasitələrindən Şirkətin icazəsi olmadan istifadə etməmək;
- Frilans-ya giriş, baxış və ya istifadəçi məlumatını yerləşdirmək üçün adi istifadə qaydalarından yan keçən proqram vasitələrindən Şirkətin icazəsi olmadan istifadə etməmək;
- Frilans infrastrukturunda qeyri-mütənasib böyük yüklənmə yarada biləcək, Frilans-ya girişi məhdudlaşdıra biləcək və ya başqa bir şəkildə saytın normal fəaliyyətinə maneə törədə biləcək hərəkətlər etməmək.
-
Pozuntular və nəticələri
Biz, istifadəçilər tərəfindən Qaydaların icrasını istənilən vaxt və öz mülahizəmizə əsasən seçici şəkildə yoxlamaq hüququnu özümüzdə saxlayırıq.
Frilans və ya digər texniki vasitələrdən istifadə ilə bağlı qanunvericiliyin, üçüncü şəxslərin hüquqlarının və ya Qaydaların pozulduğuna və ya pozula biləcəyinə inanmaq haqda əsaslar olarsa, profilinizə girişi müvəqqəti və və ya birdəfəlik məhdudlaşdırmaq; tapşırıqlarınızı, şərhlərinizi, rəylərinizi qəbul etməmək və bloklamaq, habelə, müəyyən Frilans funksiyalarına girişinizi dayandırmaq və ya məhdudlaşdırmaq hüququna malikik. Bizim, həmçinin, xüsusi IP ünvanından və ya telefon nömrəsindən ya da IP ünvanlar diapazonundan və ya telefon nömrələrindən Frilans-a girişi məhdudlaşdırmaq hüququmuz var.
Bizim profilə giriş imkanını məhdudlaşdırmaq və bərpa etmək, habelə bu cür bərpanın şərtlərini öz mülahizəmizlə və səbəblərini izah etmədən müəyyən etmək hüququmuz var. Şirkətin qərarına əsasən profilinizə məhdudiyyət qoyulduğu zaman, Frilans-da yeni bir profil yaratmaq üçün həmin profildə göstərilən telefon nömrələrindən və e-maildən istifadə edə bilməyəcəksiniz.
Biz, Frilans-da baş verə biləcək pozuntuların qarşısını almaq və dayandırmaq üçün görülən tədbirlər nəticəsində istifadəçilərə dəyən mümkün zərərlər üçün məsuliyyət daşımırıq. Cihazınızda istifadəçi məlumatların bir nüsxəsini saxlamağı məsləhət görürük.
Frilans-dan istifadə edərkən qanunvericiliyi və ya üçüncü şəxslərin hüquqlarını pozduğunuz üçün, inzibati, cinayət və ya mülki məsuliyyət daşıya bilərsiniz.
İtirilmiş mənfəət və ya məlumatlar itkisi, şərəf, ləyaqət və ya şöhrətə ziyan da daxil olmaqla, Frilans-ın istifadəsi ilə bağlı yaranmış hər hansı dolayı, təsadüfi, qəsdsiz ziyana görə Şirkət və onun nümayəndələri istifadəçilər və ya üçüncü şəxslər qarşısında məsuliyyət daşımır.
-
Yekun müddəalar
Qaydaların 2, 3, 6 və 8-ci bəndlərinin müddəaları Frilans-da qeydiyyatdan keçmiş istifadəçilər üçün tətbiq edilir. Bütün digər müddəalar qeydiyyat və icazə statusundan asılı olmayaraq bütün Frilans istifadəçilərinə aiddir. Frilans ilə qarşılıqlı əlaqənin istənilən forması (onda yerləşdirilən məlumata baxış da daxil olmaqla) bu Qaydalarla razılaşdığınızı təsdiqləyir. Şirkətin Frilans funksiyalarına giriş təmin etmək öhdəliyi sizin Qaydalara əməl etmək öhdəliyinizə qarşılıqlıq təşkil edir. Frilans-dan istifadə üçün heç bir ödəniş nəzərdə tutulmadıqda, istehlakçı hüquqlarının qorunması haqqında qanun Şirkət və onun istifadəçiləri arasındakı əlaqələrə tətbiq edilmir. Müəyyən Frilans funksiyalarının təmin edilməsi Frilans-da yerləşdirilən xüsusi şərtlərə tabedir.
Frilans-ın funksionallığı istifadəçiləri əvvəlcədən xəbərdar etmədən istənilən vaxt dəyişdirilə, yaxud əlavə və ya ləğv edilə bilər. Frilans-dan istifadə "olduğu kimi" rejimində, yəni şirkətin funksional imkanları Frilans-a müraciət zamanı təmin etdiyi forma və həcmdə təklif olunur. Biz, Frilans-ın işində yaranan müvəqqəti fasilə və nasazlıqlara, onların səbəb olduğu məlumat itkilərinə görə məsuliyyət daşımırıq. Frilans Azərbaycan Respublikasındakı istifadəçilər üçün nəzərdə tutulmuşdur, buna görə bəzi funksiyalar məhdud və ya respublikanın hüdudlarından kənarda əlçatmaz ola bilər.
Frilans, üçüncü tərəf saytlarına keçidləri ehtiva edə bilər. Biz bu cür kənar saytların mövcudluğu, məzmunu və qanuniliyinə nəzarət etmirik və bunlara görə məsuliyyət daşımırıq.
Şirkət və istifadəçilər arasındakı bütün mübahisələrin həlli zamanı Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur. Qaydalarla tənzimlənən münasibətlərdən irəli gələn bütün mümkün mübahisələr, qanunla başqa hal nəzərdə tutulmayıbsa, Şirkətin (Bakı şəhəri) yerləşdiyi ərazinin ərazi yurisdiksiyasına uyğun olaraq məhkəməyə göndərilməlidir.
Biz, zərurət olduğu halda Qaydaları yeniləyirik. Sizə onların yerləşdirildiyi səhifəni mütəmadi olaraq ziyarət etməyi tövsiyə edirik: frilans.az/rules-info.
Qaydalara dəyişiklik edildikdən sonra Frilans-dan istifadəyə davam etməklə siz, həmin dəyişiklikləri qəbul etdiyinizi təsdiqləmiş olursunuz.