Freelancer üçün kömək

Biz İT mütəxəssisləri üçün işləmək üzrə ixtisaslaşmışıq, bunun üçün biz Frilans.az və digər peşəkar icmalardan müştəriləri cəlb edirik. Ən çox sifariş aşağıdakı istiqamətlər üzrə dərc olunur: vebsaytların hazırlanması, proqram təminatı və mobil proqramlar, həmçinin dizayn və məzmunun yaradılması.

Müştərilər gündəlik olaraq müxtəlif sahələrdə sifarişlər dərc edirlər. Sifarişlərə özünüz cavab verin və ya sizə mesaj yazan müştəriyə vaxtında cavab verin

PRO statuslu sifarişlərə cavab vermək və müştərinin əlaqə məlumatlarını görmək imkanı pullu xidmətdir. Xidmətlər və qiymətlər bölməsində qiymət haqqında ətraflı məlumatı oxuya bilərsiniz.

Formanı necə düzgün doldurmaq olar

Müştəri yalnız sifariş üçün yazılan cavabın məzmununa görə deyil, həm də profilə, portfolio və portfelə baxaraq frilanserə işi təhvil vermək qərarına gəlir. Buna görə də, profil mümkün qədər ətraflı və məlumatlandırıcı şəkildə doldurulmalıdır.

Üzünüz görsənən keyfiyyətli profil şəkli yükləyin. Zəhmət olmasa ad və soyadınızı daxil edin. İxtisas və bacarıq sahələrini doldurarkən diqqətli olun, müştərilər profil siyahısına baxarkən onlardan istifadə edir;

Özünüzü necə qorumalısınız

Sifarişin şərtlərini müştəri ilə saytın daxilində mesajlaşma ilə müzakirə edin. Bu, təkcə icra müddətinə və dəyərinə deyil, həm də tapşırığın həcminə aiddir. Layihə çox sadə və sürətli görünsə belə, sizə texniki spesifikasiya göndərməyi xahiş edin. Əlavə ödəniş etmədən həyata keçirmək istədiyiniz işin texniki tapşrıqın dəqiq şəkildə qeyd olunmasını tələb edin. Konflikt zamanı texniki tapşırıq və mesaj bölməsi incələnir və yekun qərar qəbul edilir. Frilanser texniki tapşırıqı dəqiq yerinə yetirdiyi halda HAQLI hesab edilir, digər halda isə müştəri HAQLI hesab edilir

Unutmayın ki, müştəri sizdən heç də az risk daşımır. Saytda qeydiyyata alınma tarixinə, həmçinin rəylərə və tamamladığı sifarişlərin sayına diqqət yetirin.