Qarant əməliyyat

Xahiş edirik, aşağıdakı məlumatları diqqətlə oxuyun

Konflikt zamanı saytın dəstəyi

Müqavilədən sonra dəyişməyən qiymət

Frilanser ödənişi işi tamamladıqda alır

Hər hansı problem zamanı geri ödəniş

Təhlükəsiz bir əməliyyat təmin etmək üçün şəxsi hesabınızda pul saxlaya bilməzsiniz. Saytdaxili xidmətlər, ödəniş üçün və digər istifadəçilərlə hesablaşma aparmaq üçün əməkdaş olduğumuz servisin təqdim etdiyi ödəniş xidmətini istifadə edirik.

Qarant əməliyyatı təmin etmək üçün vəsaiti sifarişinizin söhbətində frilanser ilə iş şərtləri barədə razılığa gəldikdən sonra köçürülə bilər.

Siz və frilanser iş şərtləri barədə razılığa gəldikdə, işin dəyərində olan vəsaiti ödəyirsiniz və işdən tam razı olduğunuz halda - vəsait frilanserin hesabına keçir. Əks halda müştərinin hüququ var ki işi "Arbitraj" bölməsinə köçürsün. Bu halda müştəri və frilanser ödənişi əldə bilmir, məsələnin ədalətli həlli üçün saytımızın dəstək xidməti hər iki tərəf ilə əlaqə saxlayır və yekun qərar qebul edilir. Frilanser texniki tapşırıqı dəqiqliklə həll etdiyi zaman HAQLI hesab edilir, Müştəri isə Frilanserin texniki tapşırıqı dəqiq yerinə yetirmədiyi halda HAQLI hesab edilir. Araştırma zamanı dəstək xidmətimiz "Texniki tapşırıqı" və Müştəri ilə Frilanser arasında olan dialoqu oxuma hüququna sahibdir.

Arbitraj bölməsi YALNIZ Qarant Əməliyyat istifadə olunan tapşırıqlar üçün keçərlidir. Əks halda sayt heçbir Müştəri və Frilanser üçün Arbitrajın həllinə dəstək göstərmir

"Qarant əməliyyat" ilə olan tapşırıqlara, müştərinin ödənişi zamanı 15% xidmət komissiyası əlavə edilir, frilanser üçün isə heç bir komissiya əlavə edilmir, qeyd edilən büdcə tam şəkildə ödənilir.

Qarant emeliyyat istifadə edərək qeyd olunan şərtlər ilə razı olduqunuz hesab edilir.