Müştəri üçün kömək
Frilans.az-in köməyi ilə siz İT sahəsində birdəfəlik işləri yerinə yetirmək üçün mütəxəssislər tapa bilərsiniz: vebsaytların hazırlanması, mobil proqramlar, proqram təminatı; dizayn və multimedia; marketinq və reklam; və digərləri. Pulsuz sifariş vermək, daha sonra maraqlanan frilanserlərdən cavab almaq və sifarişçi kimi ən layiqli olanı seçmək kifayətdir.
Biz sizin mütəxəssisi tez və asanlıqla tapmağınızı təmin etməyə çalışırıq. Bunun üçün biz sifarişləri sosial şəbəkələrdə yayımlayırıq: İnstagram, Facebook və Telegram. Biz frilanserlərin yüksək peşəkarlığı ilə maraqlanırıq. Bunun üçün biz peşəkar frilanserləri cəlb etməklə platformanın keyfiyyətini yaxşılaşdırırıq. Frilanserlərin portfelinə baxaraq və ya digər istifadəçilərin rəylərini oxuyaraq onların keyfiyyətlərini qiymətləndirə bilərsiniz.
Tapşırıq paylaşarkən "Qarant əməliyyat" seçməyiniz tövsiyyə olunur. Bu halda müştərinin və frilanserin haqqları platforma tərəfindən qorunur. Tapşırıqı frilanserə təhvil verən zaman edilən ödəniş platformanın hesabında siz işdən tam razı qaldıqınız halda frilanserin hesabın köçürülür. İşi bəyənmədiyiniz halda tapşırıqı Arbitraj bölməsinə köçürmə haqqınızı var. Bu halda platformanın dəstək xidməti tapşırıqı tam araştırır və yekun qərar qəbul edir. Frilanser texniki tapşırıqı dəqiq yerinə yetirmədiyi halda HAQSIZ hesab edilir və sizin ödəniş geri qaytarılır (xidmət komissiyası xaric).