Portfolio
Hamısına baxHaqqında
Mən İzzətxanım — kontent meneceri və videoqraf kimi fəaliyyət göstərirəm, eyni zamanda bədii və sənədli filmlər çəkirəm. Son illərdə həm yerli, həm də beynəlxalq platformalarda (o cümlədən Azadlıq Radiosu və Avropa İttifaqının maliyyələşdirdiyi layihələrdə) vizual materiallar, sosial media strategiyaları və video məzmunlar üzərində çalışmışam. Bundan əvvəl videojurnalistika ilə də məşğul olmuşam. Kamera arxasından hekayələr danışmağı, sadə hadisələri estetik çərçivəyə salmağı və kontentin təsir gücünü artırmağı sevirəm.
Peşəkar fəaliyyətimdə əsas məqsədim layihələr üçün orijinal və yaddaqalan məzmunlar yaratmaqdır. Adobe Premiere, DaVinci Resolve, CapCut və Canva kimi alətlərlə yanaşı, süni intellekt texnologiyalarını da yaradıcılıq prosesimin ayrılmaz hissəsinə çevirmişəm. Həm fərdi, həm də komanda şəklində çevik işləmək bacarığına malikəm və mürəkkəb tapşırıqlara yaradıcı yanaşmaqdan zövq alıram.
Qısaca desəm, mən kontentə yalnız texniki deyil, eyni zamanda yaradıcı və məzmun yönümlü yanaşıram — çünki inanıram ki, hər uğurlu kontentin arxasında bir fikir, bir məqsəd və bir hiss dayanır. Əlaqə üçün email - [email protected]
Fəaliyyət sahəsi
Statistika
Frilanserin statistikası
- Tamamlanmış sifarişlər 0
- Konfliktli işlər 0
- Müştərilərin rəyi +0 / -0
- Qeydiyyat 02/07/2025
- Son aktivlik 17 saat öncə
Rəylər (0)
Rəy yoxdur